İspaniyanın “Vilyarreal” klubu qış transfer pəncərəsi dövründə ilk transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Lester”dən Visente İborranı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçiylə 2023-cü ilə qədər sözləşmə imzalanıb. “Vilyarreal” İborra üçün “Lester”ə 10 milyona avro ödəyib.

Karyerası ərzində “Levante”, “Sevilya” kimi klublarda çıxış edən İborra, 2017-ci ilin yayında “tülkülər”ə keçmişdi.

İspan futbolçu cari mövsümdə “Lester”in heyətində 11 qarşılaşmada iştirak edərək, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button