
İspaniya millisinin hücumçusu üçün yeni müqavilə
İspaniyanın “Vilyarreal” klubu futbolçusu Jerar Moreno ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, ispan hücumçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya milli komandasının da üzvü olan Moreno 2018-ci ilin yayından “Vilyarreal”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin