“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

İspaniyanın “Valyadolid” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bunlar Oskar Plano və Mateus Fernandesdir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Hər iki futbolçu karantinə alınıb.

Mateus Fernandes icarə əsasında “Valyadolid”də çıxış edir. “Barselona” yanvarda 21 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını alıb. Fernandes 2020-ci ilin iyulunda “Barselona”ya qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button