İspaniya millisinin üzvü koronavirusa yoluxdu

İspaniyanın “Valensiya” klubunun komanda üzvlərindən və texniki heyətdən bütövlükdə 5 nəfərin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Ezekiel Qaray və Elyakim Manqaladan sonra daha bir “Valensiya”lı futbolçu koronavirusa yoluxduğunu açıqlayıb.

Bu, La Liqa təmsilçisinin müdafiəçilərindən olan Xose Luis Qayadır. Bu barədə 24 yaşlı futbolçu rəsmi “instagram” hesabından məlumat yayıb. Qaya, koronavirus testinin müsbət çıxdığını bildirib.

“Valensiya”nın koronavirusa yoluxan digər futbolçuları – Qaray və Manqala da müdafiə xəttində çıxış edirdi.

“Valensiya” ilə bu mövsümdə 28 oyunda iştirak edən Qaya, İspaniya milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button