La Liqanın daha bir klubu maaşları azaldır
İspaniyanın “Valensiya” klubu koronavirus pandemiyasına görə futbolçularının məvaciblərini azaltmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa klubunun rəhbərliyi koronavirus səbəbindən yarana biləcək maliyyə itkisini minimuma endirmək üçün futbolçulara məvaciblərində endirim təklif edib. Futbolçular həftənin sonuna qədərlarını verməlidir.
“Valensiya”nın 15 üzvü koronavirusa yoluxub. İspaniyada “Barselona”, “Atletiko”, “Espanyol” kimi klublar da futbolçularının məvaciblərini azaldıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin