“Barselona”ya məğlubiyyətdən sonra qovuldu

İspaniyanın “Valensiya” klubu baş məşqçi Xavi Qrasiya ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qrasiya ilə müqaviləyə xitam verilib.

“Valensiya” İspaniya La Liqasının 34-cü turunda dünən “Barselona”ya doğma meydanda 2:3 hesabıyla uduzub. “Yarasalar” çempionatda 14-cü sıradadır.

“Valensiya”nı müvəqqəti olaraq, Salvador Qonsales çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button