“Mançester Yunayted” “Sevilya”nın təklifini rədd etdi
İspaniyanın “Sevilya” klubu “Mançester Yunayted”dən Antonio Marsialı transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı hücumçunu icarəyə götürmək üçün “qırmızı şeytanlar”a rəsmi təklif göndərib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
MY “Sevilya”nın icarə təklifini rədd edib. Tərəflər icarə müqaviləsi şərtlərində razılığa gələ bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin