“Sevilya”da yeni hücumçu – rəsmi
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Vulverhempton”dan Rafa Miri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Rafa ötən mövsümü icarə əsasında “Hueska”da keçirib. Hücumçu bu komanda ilə ümumilikdə 57 matçda 25 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin