
Argentina millisinin üzvü rəsmən “Sevilya”da
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “River Pleyt”dən Qonsalo Montieli transfer edib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Montiel Argentina yığmasının da üzvüdür. Müdafiəçinin “transfermarkt”da dəyəri 17 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin