“Sevilya”da yeni müqavilə
İspaniyanın “Sevilya” klubu futbolçusu Fernando Regeslə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
2019-cu ilin yayından “Sevilya”da çıxış edən Fernando, Əndəlüs təmsilçisi ilə 109 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin