“Sevilya” Bakıya 23 nəfərlik heyətlə gəlir SİYAHI+FOTO
İspaniyanın “Sevilya” klubu Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun “Qarabağ”la matçı üçün Bakıya yola düşüb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi “Qarabağ”la oyunun iştirak ərizəsinə 23 futbolçunun adını daxil edib:
Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Alfonso;
Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kapitan), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon;
Yarımmüdafiəçilər: Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;
Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Munir El-Haddadi, Brayan Gil.
Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.
Bizi Facebook-da izləyin