La Liqa klubunun futbolçusunda koronavirus aşkarlandı
İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Aleks Remiro koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 25 yaşlı qapıçının koronavirus testinin müsbət çıxdığı bildirilib. Remiro bir müddət karantində qalacaq.
İspaniyada artıq klublar məşqlərə başlayıb. Remiro, virus səbəbindən bir müddət “Real Sosyedad”ın məşqlərində iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin