“Sevilya” hücumçusunu 10 milyon avroya satdı

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Sevilya”dan Karlos Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

AS nəşrinin xəbərinə görə, “Real Sosyedad” ispan futbolçu üçün “Sevilya”ya 10 milyon avro ödəyib.

Fernandes “Sevilya”da bu mövsüm 7 oyuna çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button