La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Real Sosyedad” klubu futbolçusu Andoni Qorosabelin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qorosabel bu mövsüm La Liqada 6 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin