Xabi Alonso ilə yeni müqavilə

İspaniyanın “Real Sosyedad” klubu əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xabi Alonsonun adı Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu ilə hallanırdı. İspan mütəxəssisin yeni mövsümdə Bundesliqa komandasını çalışdıracağı iddia olunurdu.

Alonso, 2019-cu ildən “Real Sosyedad”ın əvəzedici komandasında çalışır. Onun rəhbərlik etdiyi kollektiv 3-cü divizionda liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button