“Real”ın prezidentini şantaj edib, 10 milyon avro istəyib – ispan jurnalist

İspaniyanın “Real” klubunun prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları üzə çıxıb.

Komanda.az xəbər verir ki, bir neçə gündür ki, “El Confidencial” nəşri tərəfindən yayımlanan səsyazmalardan klub rəhbərliyi xəbərdar imiş. Bu barədə “Onda Cero” nəşri məlumat yayıb. Belə ki, 2011-ci ildə ispan jurnalist Xose Antonio Abelyan paytaxt təmsilçisinin vitse-prezidenti ilə görüşərək, audio yazılarını yaymaması qarşılığında 10 milyon avro tələb edib. “Real” rəsmisi isə şantajçının şərtləri ilə razılaşmayıb.

Sonradan Abelyan səs yazılarını bir çox media orqanlarına, o cümlədən AS nəşrinə təklif edib. Lakin həmin media orqanları etik məsələlər və məhkəmə araşdırmaları təhlükəsi ilə əlaqədar imtina qərarı veriblər. Nəhayət, “El Confidencial” qalmaqallı materialları dərc etməyə razılaşıb.

Peres səs yazılarında “Real”ın keçmiş futbolçuları Raul Qonsalesi, İker Kasilyası, Kriştiano Ronaldonu və baş məşqçilər Joze Mourinyo ilə Visente del Boskeni tənqid, hətta təhqir edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button