
“Mbappe Madridə gəlsə, təəccüblənmərəm”
İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos açıqlama verib.
Komanda.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi, PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a gələcəyi halda təəccüblənməyəcəyini deyib:
“Mbappe hazırda bazarda ən bahalı futbolçudur. Transfer məsələləri bitmədən danışmaq istəmirəm, amma “Real” hər zaman ən yaxşısını istəyir. Mbappe Madridə gəlsə, təəccüblənmərəm”.
PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər olan Mbappenin “Real”a keçəcəyi iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin