
“Real” Kurtuanı itirdi
İspaniyanın “Real” klubunun futbolçusu Tibo Kurtua sıradan çıxıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qapıçı La Liqanın 27-ci turunun “Betis”lə matçında (1:2) qarın nahiyəsindən zədə alıb.
Kurtuanın son durumu tibbi müayinədən sonra bilinəcək. 27 yaşlı qapıçının bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin