Hazard İtaliya yolunda
İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə “Roma” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Roma” Hazardı icarəyə götürmək niyyətindədir.
Hazardın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. 30 yaşlı yarımmüdafiəçi “kral klubu”nda ümumilikdə 43 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin