“Real” rəsmisi ÇL-in püşkü haqda: “Əminəm ki, iki möhtəşəm oyun keçirəcəyik”
İspaniyanın “Real” klubunun direktoru Emilio Butragenyo Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan funksioner, Fransanın PSJ komandasına qarşı keçiriləcək oyunlarla bağlı bunları deyib:
“Qəribə və kədərli püşk oldu. Milyonlarla azarkeş püşkü maraqla gözləyirdi. Püşklə bağlı yaşananlar çox qəribə idi.
İndi qarşıda PSJ ilə oyunlarımız var. Rəqibin gücünü və oyunçularının səviyyəsini bilirik. Əminəm ki, iki möhtəşəm oyun keçirəcəyik. Ümid edirəm ki, turnirdə daha da irəli gedə bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin