“Real” Kurtua ilə müqaviləni yenilədi – rəsmi
İspaniyanın “Real” klubu futbolçusu Tibo Kurtua ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.
Kurtua 2018-ci ilin avqustundan “Real”da çıxış edir. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin