
“Real” futbolçusu ilə müqaviləni yenilədi
İspaniyanın “Real” klubu futbolçusu Lukas Vaskesin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 30 yaşlı ispan yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vaskes 2015-ci ildən “Real”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin