“Real” Modriçlə müqaviləni yenilədi

İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Bu barədə “Real”ın prezidenti Florentino Peres yerli mətbuata açıqlamasında deyib.

Modriç 2022-ci ilin yayına qədər “Real”da çıxış edəcək. 35 yaşlı yarımmüdafiəçi bu mövsüm 41 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button