
“Real”ın hücumçusu sıradan çıxdı
İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Rodriqo sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçu La Liqanın 15-ci turu çərçivəsində “Qranada”ya qarşı keçirilən oyunun 38-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Rodriqonun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Real” – “Qranada” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin