Baş məşqçi və 3 futbolçuda koronavirus aşkarlandı – Avroliqa matçından əvvəl
İspaniyanın “Qranada” klubunun baş məşqçisi Dieqo Martines koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan Martines, komandasının Avropa Liqasında “Omoniya” (Kipr) ilə qarşılaşacağı oyunu buraxmalı olacaq.
“Qranada”da baş məşqçi Martinesdən əlavə, daha 3 futbolçu və 1 məşqçinin koronavirusa yoluxduğu bildirilib.
Bu gün keçiriləcək “Omoniya” – “Qranada” matçı saat 21:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin