3 ilə 80 oyuna çıxan Neymarın PSJ-dəki qazancı
İspaniyanın “Marca” nəşri PSJ-nin futbolçusu Neymarın məvacibini hesablayıb.
Komanda.az xəbər verir ki, 2017-ci ildə “Barselona”dan 222 milyon avroya PSJ-yə keçən, illik maaşı 37 milyon avro olan braziliyalı hücumçu 3 il ərzində 111 milyon avro qazanıb. Bununla da, Neymara görə PSJ 333 milyon avro pul ödəyib.
Neymar PSJ-nin rəsmi oyunlarının 51 faizində iştirak edib (155 matçın 80-də). O, matçların 49 faizində zədə və ya diskvalifikasiya səbəbindən oynaya bilməyib. Beləliklə, Neymarın PSJ-dəki bir matçı 4,16 milyon avroya başa gəlir.
Koronavirusa görə erkən tamamlanan Liqa 1-də Neymar bu mövsüm 15 oyunda 13 qol vurub. Hücumçunun komandası PSJ Liqa 1-də 2019/20 mövsümünün çempionu elan edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin