İspaniya klubu 2 futbolçusunu qovdu – karantin qaydalarını pozduqları üçün

İspaniyanın “Malyorka” klubu iki futbolçusu – Brayan Reyn və Samu Pinto ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, hər iki futbolçu karantin qaydalarını pozduğu üçün klubdan göndərilib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Brayan və Pinto yerli polis tərəfindən karantin qaydalarını pozduqları üçün saxlanılmış və cərimə edilmişdi.

 “Malyorka” İspaniya Sequndasında 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button