İspaniyanın məşhur nəşri “Qəbələ”nin futbolçusundan yazdı

İspaniyanın “Marca” nəşri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la (Macarıstan) oyununda “Qəbələ”nin futbolçusu İlkin Qırtımovun zədə almasından və kapitan Asif Məmmədovun ona yardım etməsindən yazıb.

Komanda.az xəbər verir ki, “Konfrans Liqasında faciə: Məmmədov Kyaer libasında” başlıqlı yazıda Asif Məmmədovun həkimlər çatana qədər komanda yoldaşının həyatını xilas etməsi diqqətə çatdırılıb:

“Rəqib futbolçu ilə toqquşmadan sonra İlkin Qırtımov çox pis vəziyyətdə idi. Zərbə çox qüvvətli olduğundan, “Qəbələ”nin futbolçusu yerə yıxıldı. Komanda yoldaşının yerdə huşsuz vəziyyətdə qaldığını və nəfəs ala bilmədiyini görən Asif Məmmədov tez həkimləri çağırdı. Həkimlər gələnə qədər isə Məmmədov Qırtımovun dilini udmasına imkan vermədi. Komanda yoldaşının çənəsini buraxmayan futbolçu, son Avropa çempionatında Kyaerin Erikssen üçün etdiklərini təkrar etdi və Qırtımovun həyatı xilas olundu”.

Xatırladaq ki, Qırtımov hadisədən sonra xəstəxanaya aparılıb və bir neçə saat həkim nəzarətində olub. Hazırda futbolçununun durumu yaxşıdır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button