La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Levante” komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xavyer Pereyraya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1+2 illik müqavilə imzalanıb.

Pereyra “Levante”də baş məşqçi postundan istefaya göndərilən Pako Lopesi əvəzləyib.

“Levante” La Liqada 18-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button