“Çelsi”dən La Liqa klubuna – Rəsmi
İspaniyanın “Leqanes” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Çelsi”dən Kennet Omeruonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb.
Nigeriya millisinin də üzvü olan Omeruo üçün “Leqanes” 7 milyon avro təzminat ödəyib. Müdafiəçi son mövsümü də məhz icarə əsasında La Liqa klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin