İspaniya klubu maaşları azaldır – razılıq əldə olundu

İspaniyanın “Jirona” klubu koronavirusa görə məşqçilər heyətinin və  futbolçularının məvaciblərini azaldacaq.

Komanda.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Jirona” çempionatda mövsüm bərpa olunmazsa, məvacibləri 15 faiz, bərpa olunsa və azarkeşsiz keçirilsə, 3 faiz azaldacaq.

Futbolçu və məşqçilərdən əlavə, klubun işçiləri də maaşlarının 3 faiz azalmasına razı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button