“Barselona”nın sabiq üzvü La Liqa klubunda

İspaniyanın “Espanyol” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Abelardo Fernandesə tapşırıla bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb. Abelardonun təyinatı yaxın zamanda rəsmən açıqlanacaq.

“Barselona”nın sabiq müdafiəçisi olan Abelardo, son olaraq “Alaves” komandasını çalışdırıb və hazırda işsizdir.

“Espanyol”da bir müddət əvvəl baş məşqçi Pablo Maçin istefaya göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button