La Liqa klubundan rekord transfer

İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Veles Sarsfild”dən Matias Varqası transfer edib. Bu barədə “Espanyol”un rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Espanyol” Varqas üçün Argentina təmsilçisinə 10,5 milyon avro təzminat ödəyib. Bir dəfə də Argentina millisində çıxış edən oyunçu, “Espanyol”un klub tarixinin ən bahalı transferi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button