“Real”ın yeni transferi irqçiliyə məruz qaldı
İspaniyanın dövlət radiosu olan RTVE-nin müxbiri Lorena Qonsales “Real”ın yeni transferi Eduardo Kamavinqaya qarşı irqçilik edib.
Komanda.az xəbər verir ki, jurnalist, fransalı yarımmüdafiəçinin təqdimatı zamanı mikrofonun sönülü olduğunu düşünərək həmkarlarına “bu adam klubun forma dəstindən daha qaradır” deyib. Bu irqçi şərh isə efirdə dinləyicilər tərəfindən eşidilib.
Bundan sonra RTVE Kamavinqadan üzr istəyib və yaşanan hadisəyə görə sərt tədbirlər görəcəyini bildirib.
“Real” “Renn”dən Kamavinqanı 31 milyon avroya transfer edib. “Kral klubu” 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin