İspaniyalı nazir Vinisiusun irqçiliklə bağlı ittihamına cavab verib
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “Real”ın hücumçusu Vinisius Juniorun ölkədə irqçiliklə bağlı vəziyyət dəyişməsə, İspaniyanın 2030-cu il dünya çempionatına ev sahibliyi etməməli olduğunu deməsinə reaksiya verib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, nazir, istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə apardıqlarını bildirib:
“Müxtəlifliyə hörmət etmək bizim DNT-mizin bir hissəsidir. Biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və daxili işlər nazirliyinin prioritetlərindən biridir”.
Braziliyalı futbolçu bir müddət əvvəl irqi ayrı-seçkilik səbəbindən 2030-cu ildə keçiriləcək dünya çempionatının İspaniyada baş tutmasının mümkünsüzlüyünü dilə gətirmişdi.
Bizi Facebook-da izləyin