İspaniyanın daha bir klubu məvacibləri azaltdı
İspaniyanın “Betis” klubu futbolçularının məvacibini azaltmağa qərar verib.
Komanda.az xəbər verir ki, klub bu addımı koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün atıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, klub futbolçularla razılıq əldə edib və məvaciblər 15 faiz azaldılacaq. Məvaciblərin azalması qərarına əsas komandanın məşqçilər heyətinin də daxil edildiyi bildirilib.
Daha əvvəl “Barselona”nın futbolçuları məvaciblərin azalmasına razı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin