La Liqa klubunda dünya çempionu ilə yeni müqavilə
İspaniyanın “Betis” klubunda yarımmüdafiəçi Nabil Fekirin müqaviləsinin müddəti uzadılıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fekir 2019-cu ilin yayından “Betis”də çıxış edir. O, bu mövsüm La Liqada 18 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa yığmasına da dəvət alan Fekir 2018-ci ildə bu komanda ilə dünya çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin