La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Betis” klubu futbolçusu Serxio Kanalesin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ildən “Betis”də forma geyinən Kanalesin əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
İspaniya milli komandasına da dəvət alan Kanales, karyerası ərzində “Real”, “Real Sosyedad”, “Valensiya” kimi klubların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin