“UEFA ilə danışıqlara hazırıq” – “Barselona”nın prezidenti
İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, Avropa Super Liqası layihəsini dəstəklədiklərini bildirib:
“Super Liqaya ehtiyac var. Yerli çempionatların da yanındayıq, ancaq UEFA ilə danışacağıq. Təmkinli olmaq məcburiyyətindəyik. Super Liqaya ehtiyac var, ancaq yenə də son qərarı klubumuzun rəsmiləri verəcək.
Böyük klublar etdikləri böyük xərclərlə futbola fayda verir. İdman uğurları ilə yanaşı, diqqət çəkən bir çempionat da olmalıdır. UEFA ilə danışıqlara hazırıq. Düşünürəm ki, tərəflər arasında qarşılıqlı razılaşma olacaq”.
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.
Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın “Real” və “Barselona” klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar. “Barselona” dünən yaydığı bəyanatla layihədən çıxmayacağını bildirib.
Bizi Facebook-da izləyin