“Real”la oyundan əvvəl “Barselona”ya şad xəbər

İspaniyanın “Barselona” klubunun iki futbolçusu koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Pedri və hücumçu Ferran Torresin koronavirus testinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu sabah “Real”a qarşı keçiriləcək İspaniya superkuboku matçında iştirak edə bilər.

Sabah, Səudiyyə Ərəbistanında İspaniya superkubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Barselona” – “Real” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button