Məvacibinin bir hissəsindən imtina etdi, “Barselona” ilə yeni müqavilə imzaladı
İspaniyanın “Barselona” klubunda müdafiəçi Samuel Umtiti ilə müqavilənin müddəti artırılıb.
Komanda.az xəbər verir ki, fransalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi əvvəlki müqavilədə qalan 1,5 il üçün almalı olduğu maaşın bir hissəsindən imtina edib.
Umtiti 2016-cı ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 1 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin