“Barselona”da gənclərə yeni qadağalar: Saç, telefon…

İspaniyanın “Barselona” klubunda gənc futbolçulara bir sıra qadağalar qoyulub.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Barselona”da gənc futbolçuların məşqdə, paltardəyişmə otağında və matçlar zamanı mobil telefonlardan istifadəsinə qadağa qoyulub.

Futbolçular məşqə və ya oyuna gəldikdə telefonlarını klub nümayəndələrinə təhvil verəcək və paltardəyişmə otağından çıxarkən onları geri ala biləcəklər. Bundan başqa, gənc futbolçulara saçlarını parlaq rənglərdə boyamağa icazə verilməyəcək. Gənclərin verdikləri açıqlamalara da xüsusi diqqət yetiriləcək.

Bunların edilməsində məqsəd son zamanlarda klubda pozulan intizamın və zəifləyən imicin bərpasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button