“Barselona”nın yeni prezidentinin transfer hədəfləri bilindi

İspaniyanın “Barselona” klubu yayda heyətini iki yeni futbolçu ilə gücləndirə bilər.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Bavariya”dan ayrılacaq David Alabanı və “Mançester Siti”nin hücumçusu Serxio Aqueronu heyətinə qatmaq istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Xəbərdə, “Barselona”nın yeni prezidenti Xuan Laportanın bu iki futbolçunun transferini reallaşdırmaq istədiyi bildirilib.

Alaba mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayıb. Aqueronun də “Mançester Siti” ilə müqaviləsi yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button