“Barselona” yenə “Yuventus”u seçdi

İspaniyanın “Barselona” klubu Xoan Qamper kuboku çərçivəsində “Yuventus”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xoan Qamper kuboku çərçivəsində keçiriləcək “Barselona” – “Yuventus” matçı avqustun 8-də, “Kamp Nou”da oynanılacaq.

“Barselona” ötən il də Xoan Qamper kubokunda “Yuventus”la qarşılaşmış və 1:0 hesablı qələbə qazanmışdı.

Xoan Qamper kuboku 1997-ci ildən bu yana hər il “Barselona” klubu tərəfindən təşkil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button