“Barselona”dan 25 milyon avro istəyirlər – uruqvaylı üçün

“Barselona” klubu “Xetafe”dən Mauro Arambarrini heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin idman direktoru Ramon Pleynsin 25 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə görüşdüyü bildirilib.

“Xetafe” Arambarri üçün 25 milyon avro tələb edir. “Barselona” yarımmüdafiəçi üçün daha az məbləğ ödəmək istəyir.

“Transfermarkt”da dəyəri 20 milyon avro olan yarımmüdafiəçi Uruqvay yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button