“Barselona”da yeni hücumçu – rəsmi
İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Sevilya”dan Luk de Yonqu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçu 2022-ci ilin yayına qədər icarə əsasında “Barselona”da çıxış edəcək.
De Yonq Niderland milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin