“Barselona” daha bir futbolçunun transferini açıqladı – rəsmi
İspaniyanın “Barselona” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Siti”dən Erik Qarsiyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2026-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Mançester Siti” ilə müqaviləsi başa çatan Qarsiya “Barselona”ya azad agent kimi keçib. İspan futbolçunun Kataloniya təmsilçisində sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.
“Barselona” dünən Serxio Aquero ilə iki illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin