Amerikalı futbolçu “Barselona” üçün İspaniyaya gəldi

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Serjino Desti transfer etməyə yaxındır. Bu barədə AS nəşri məlumat yayıb.

Amerikalı müdafiəçi artıq İspaniyaya gəlib. Onun Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. “Barselona” 19 yaşlı futbolçunun keçidini yaxın zamanda açıqlayacaq.

“Ayaks” futbolçusunun satışından 20 milyon avro qazanacaq. Amsterdam təmsilçisinin yetirməsi olan futbolçu 2019-cu ildən əsas komandada çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button