“Barselona” futbolçusuna ultimatum verdi
İspaniyanın “Barselona” klubu futbolçusu Samuel Umtiti ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı müdafiəçiyə ultimatum verib. Belə ki, Umtiti bir həftəyə özünə klub tapmalıdır. Futbolçu klub tapa bilməsə, müqaviləsinə xitam veriləcək.
“Barselona” maliyyə problemləri səbəbindən Umtitinin maaşını ödəmək istəmir və futbolçunu komandadan göndərmək niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin