7 milyona aldı, 17 dəqiqə oynatdı, müqaviləsinə xitam verdi – “Barselona”
İspaniyanın “Barselona” klubu futbolçusu Mateus Fernandeslə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
2020-ci ilin avqustunda Braziliyanın “Palmeyras” klubundan 7 milyon avro qarşılığında transfer edilən Mateus bu mövsüm Kataloniya təmsilçisi ilə bir oyunda, cəmi 17 dəqiqə şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin